Ana səhifə / Dünya / Hindistanda şiddətli yağışlar və fırtınalar nəticəsində 28 nəfər ölüb Hindistanda şiddətli yağışlar və fırtınalar nəticəsində 28 nəfər ölüb 30.05.2026, 18:33 Şəfa Hüseynli Hindistanda şiddətli yağışlar və fırtınalar nəticəsində 28 nəfər ölüb.Operativ Media xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.Bildirilib ki, ölkənin müxtəlif ştatlarını əhatə edən güclü yağışlar və fırtınalar gündəlik həyata mənfi təsir göstərib.Nəşrin məlumatına görə, fırtına bir çox heyvanı öldürüb və bəzi binalara ziyan vurub. Qərbi Benqal və Bihar ştatlarının hər birində güclü fırtına və ildırım vurması nəticəsində yeddi nəfər ölüb.Meteorologiya rəsmiləri Hindistanın şimalındakı bəzi ərazilərdə əlverişsiz hava şəraitinin davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.