Menyu

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

Operativ Media
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

İyunun 6-7-də Bakıda klassik və sürət avtomobillərinin festivalı təşkil ediləcək.

Operativ Media xəbər verir ki, “Classics & Supercars” festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.

İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək. Avtomobillər “Klassik avtomobillər zonası”, “Supercar zonası” və “İdman avtomobilləri” zonasında nümayiş olunacaq.

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.

Sərgidə avtomobilləri ilə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına və ya (+99450) 295 01 00 mobil nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Ziyarətçilərin tədbirə girişi sərbəstdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər