Dmitri Peskov: Ermənistanın inkişafı AİB-ə üzvlüyü sayəsində mümkün olub
Operativ Media
Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Rusiyadan subsidiyalı malların alınması sayəsində yüksək artım templərinə nail ola bilib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib .
"Fakt budur ki, Ermənistan xalqı AİB-dəki üzvlüyündən faydalanır və AİB-ə qoşulmaq o dövrdə çox müdrik bir qərar idi. Bu Ermənistana çoxlu dividend gətirdi. Ermənistanın yüksək artım tempi AİB-ə üzvlüyü sayəsindədir. Çünki Ermənistan Rusiyadan subsidiyalı mallar alır", - deyə Peskov əlavə edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma