Menyu

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb

Operativ Media
Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb

Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı Qadir Süleymanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı hissələri metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər