Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub
Operativ Media
Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Mixail Mişustin və Əli Əsədov ticarət, iqtisadi, elmi, texnoloji, mədəni və humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Onlar sənaye, energetika, nəqliyyat infrastrukturu, rəqəmsal iqtisadiyyat və digər sahələrdə iri birgə layihələrin həyata keçirilməsinə diqqət yetiriblər.