Menyu

Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək

Operativ Media
Xankəndidə Qəhvə və Çay Festivalı keçiriləcək

Mayın 29-dan 30-dək Xankəndi şəhərində Qəhvə və Çay Festivalı keçiriləcək. Şəhərin Zəfər meydanında baş tutacaq ikigünlük festivalla bağlı artıq hazırlıqlara başlanılıb, köşklər quraşdırılır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Operativ Media-ya verilən xəbərə görə, festival çərçivəsində qəhvə və çay istehsalı, o cümlədən idxalı ilə məşğul olan şirkətlərin aksesuar və avadanlıqlarının sərgisi də keçiriləcək. Tanınmış sənət adamları, rəqs qrupları ifa və çıxışları ilə festivala rəng qatacaq.

Qeyd edək ki, festivalın əsas məqsədi çay və qəhvə sənayesinin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.

Əlaqəli Xəbərlər