Menyu

ADY Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət ünvanlayıb

Operativ Media
ADY Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət ünvanlayıb

Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı digər sənədlərin təqdim olunması mütləqdir.

Bu barədə Operativ Media-ya "Azərbaycan Dəmir Yolları" QSC - dən (ADY) bildirilib.

Qeyd edilib ki, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.

"Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər