Filippində bina çöküb
Operativ Media
Filippində tikilməkdə olan binanın çökməsi nəticəsində 40-a yaxın insan dağıntılar altında qalıb.
Operativ Media xəbər verir ki, bu barədə DZBB radiosu məlumat yayıb.
Bildirilib ki, hadisə Manilanın şimalında yerləşən Angeles şəhərində baş verib.
Hazırda xilasetmə işləri davam edir.
Qeyd olunub ki, indiyədək 24 nəfər xilas edilib, ölənlərlə bağlı məlumat daxil olmayıb.
Hadisənin səbəbi araşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net