Menyu

Aydın Mirzəzadə: “Qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılacağı şübhəsizdir”

Operativ Media
Aydın Mirzəzadə: “Qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılacağı şübhəsizdir”

Ölkəmizdə keçirilən bu mühüm tədbirlə əlaqədar Azərbaycan ən yüksək səviyyədə hazırlıq işləri həyata keçirib. Təşkilati məsələlər üzrə uzunmüddətli və ciddi hazırlıq görülüb, tədbir planı isə beynəlxalq təşkilatlarla tam razılaşdırılıb. Texniki məsələlərdə ən xırda detallar belə nəzərə alınıb.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, tədbirin keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunun ərazisində həm plenar iclasların, həm də müxtəlif sessiyaların təşkili üçün bütün zəruri şərait yaradılıb. Eyni zamanda tədbir iştirakçılarının öz bölmələrini formalaşdırmaları üçün geniş imkanlar təmin olunub. Görüşlərin keçirilməsi, mətbuat konfranslarının təşkili, ikitərəfli və çoxtərəfli müzakirələrin aparılması kimi məsələlər də tədbir çərçivəsində öz həllini tapacaq:

“Cənab Prezident tərəfindən tədbirə hazırlıq prosesi daim nəzarətdə saxlanılıb. Forum keçirilənədək bu məsələyə dəfələrlə toxunulması Azərbaycanın tədbirə nə dərəcədə məsuliyyətlə yanaşdığının göstəricisi hesab oluna bilər.

Hesab edirəm ki, forum iştirakçıları bir neçə gün ərzində həm dünya şəhərsalma proseslərini müzakirə edəcək, həm də Azərbaycanın bu sahədə qazandığı təcrübə ilə yaxından tanış olacaqlar. Qonaqların ölkəmizdən ən xoş təəssüratlarla ayrılacağı şübhəsizdir.

Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun və etimadın mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər”.


Əlaqəli Xəbərlər