Ana səhifə / Dünya / Mövlud Çavuşoğlunun qardaşı vəfat edib Mövlud Çavuşoğlunun qardaşı vəfat edib 17.05.2026, 16:35 Operativ Media Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib. Operativ Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Məlumata görə, 12 gün əvvəl ofisində ağır yaralı vəziyyətdə tapılan Aydın Çavuşoğlu reanimasiyada yaşam mübarizəsi aparsa da, bu gün həyatını itirib. Onun cənazəsinin mayın 18-i saat 14:00-da Türklər Mərkəz Qəbiristanlığına dəfn ediləcəyi bildirilib.