Menyu

Türkiyədə naməlum pilotsuz təyyarə qəzaya uğrayıb

Şəfa Hüseynli
Türkiyədə naməlum pilotsuz təyyarə qəzaya uğrayıb

Türkiyənin Qara dəniz sahilindəki Samsun şəhərinin Kazım Karabekir rayonunda naməlum dronun yaşayış ərazisinə düşməsi nəticəsində iki evə ziyan dəyib.

Operativ Media xəbər verir ki, bu barədə "DHA" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, iki evin damı zədələnib və pəncərələri sınıb.

Agentlik qeyd edir ki, mütəxəssislər təxminən 1 metr uzunluğunda olan PUA-nı araşdırırlar.

Əlaqəli Xəbərlər