Biləsuvarda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Operativ Media
Mayın 16-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Səməd Vurğun, Mirzə Ələkbər Sabir, Azadlıq, Tofiq İsmayılov küçələri, eləcə də rayonun Bəydili, Aşağı Cürəli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.