Menyu

Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb

Operativ Media
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstandakı Xoca Əhməd Yəsəvi məqbərəsinə nadir əlyazma Quran nüsxəsi bağışlayıb.

Operativ Media xəbər verir ki, bu gün Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən qeyri-rəsmi sammitinin iştirakçı ölkələrinin liderləri Xoca Əhməd Yəsəvi Məqbərəsini ziyarət ediblər.

Səfər zamanı Ərdoğan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məqbərəyə Osmanlı xəttatı Əhməd Şəmsəddin Karahisari tərəfindən yaradılmış əlyazma Quran hədiyyə edib.

Akordanın məlumatına görə, qonaqlara türk-islam dünyasının tanınmış mütəfəkkirlərinin və şairlərinin 45 kitabından ibarət ekspozisiya təqdim edilib. Onların arasında Nizaminin "Xəmsə"si, Füzulinin "Leyli və Məcnun" poeması və digər nadir əsərlər var.

Əlaqəli Xəbərlər