Menyu

Ərdoğan türk əlifbasının istifadəsinin genişləndirilməsinə çağırıb

Şəfa Hüseynli
Ərdoğan türk əlifbasının istifadəsinin genişləndirilməsinə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vahid türk əlifbasının istifadəsinin genişləndirilməsinin və elm, təhsil və süni intellekt texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Ərdoğan Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, türk dünyasının dil və mədəni irsinin qorunmasına və gücləndirilməsinə kömək edəcək rəqəmsal həllərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

 "34 hərfli türk əlifbasının istifadəsini genişləndirmək, eləcə də iştirakçı ölkələrdə elmi və təhsil təşəbbüslərini dəstəkləmək vacibdir. Türk dünyasının dillərini və mədəni irsini dəstəkləmək üçün süni intellekt texnologiyalarının inkişafı xüsusi əhəmiyyət kəsb edir". - Türkiyə lideri qeyd edib.




Əlaqəli Xəbərlər