Menyu

Tramp Çinin ABŞ şirkətlərinə yüz milyardlarla dollar sərmayə qoymağı planlaşdırdığını bildirib

Operativ Media
Tramp Çinin ABŞ şirkətlərinə yüz milyardlarla dollar sərmayə qoymağı planlaşdırdığını bildirib

ABŞ Prezidenti Donald Tramp Çinin Amerika şirkətlərinə yüz milyardlarla dollar investisiya qoymaq niyyətində olduğunu bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına verdiyi və cümə axşamı yayımlanan müsahibəsində məlumat verib.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-nin nəhəng şirkətlərinin rəhbərlərindən ibarət böyük nümayəndə heyəti ilə görüşünü şərh edən Amerika lideri vurğulayıb ki, həmin şəxslər ölkəyə yeni sövdələşmələr bağlamaq və iş yerlərini ABŞ-yə geri qaytarmaq üçün gəliblər. Trampın sözlərinə görə, Çin məhz həmin görüşdə iştirak edən rəhbərlərin müəssisələrinə yüz milyardlarla dollar vəsait yatırmağı planlaşdırır və işgüzar heyətin səfərinin əsas məqsədi də budur.

Qeyd edək ki, Trampın Çinə səfəri 13-15 may tarixlərini əhatə edir. Cümə günü iki ölkə lideri arasında növbəti danışıqların keçirilməsi nəzərdə tutulub. ABŞ prezidentini bu səfərdə ölkənin 16 ən iri şirkətinin rəhbəri, o cümlədən "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask, "Apple"ın baş direktoru Tim Kuk, "Boeing"in prezidenti Kelli Ortberq, "Goldman Sachs" bankının rəhbəri Devid Solomon və "Nvidia"nın baş direktoru Censen Huanq müşayiət edir.

Əlaqəli Xəbərlər