Menyu

Əraqçi və Lavrov İran ilə ABŞ arasındakı nüvə danışıqlarını müzakirə ediblər

Operativ Media
Əraqçi və Lavrov İran ilə ABŞ arasındakı nüvə danışıqlarını müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Tehran ilə Moskvanın siyasət, energetika, nəqliyyat və regional sahələrdəki əməkdaşlığını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, A. Əraqçi bu barədə "Telegram" kanalında yazıb.

"İran və Rusiya arasındakı strateji münasibətlərin əhəmiyyəti qeyd edilib. ABŞ və İsrailin İrana qarşı müharibəsində atəşkəsdən sonrakı son hadisələr barədə məlumat verilib, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb", - məlumatda qeyd olunub.

Hər iki tərəf region ölkələri arasında ixtilafların azaldılmasında və Fars körfəzi regionunda kollektiv təhlükəsizlik mexanizmlərində BRICS-in potensial, konstruktiv rolunu qabardıb.

Tərəflər həmçinin Qərbi Asiya regionundakı son hadisələr, eləcə də İranın nüvə mövzusu ilə bağlı danışıqlar (ABŞ ilə - red.) barədə fikir mübadiləsi aparıblar:

"Rusiyanın xarici işlər naziri İran ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi münasibətlərin genişləndirilməsini və energetika, tranzit dəhlizləri və mühüm su yolları sahələrində əməkdaşlığı dəstəkləyib".

Əlaqəli Xəbərlər