Ana səhifə / Dünya / Tramp: Çin İrana hərbi texnika verməyəcək Tramp: Çin İrana hərbi texnika verməyəcək 14.05.2026, 21:04 Operativ Media ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin sədri Si Cinpin Pekinin İrana hərbi texnika tədarük etməyəcəyini vəd edib.Operativ Media xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Tramp deyib ki, bu məsələ Si Cinpinlə danışıqlarda müzakirə olunub.“O dedi ki, hərbi texnika tədarük etməyəcək. Bu, çox ciddi bəyanatdır”, – deyə ABŞ prezidenti bildirib.Tramp əlavə edib ki, Çin eyni zamanda İrandan neft almağa davam etmək niyyətindədir.
14.05.2026, 22:23 "Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib