Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək
Şəfa Hüseynli
Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Qazaxıstanın Türküstan şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, iclasın sonunda "TDT Katibliyinin İnstitusional və Rəqəmsal Potensialının Gücləndirilməsi haqqında Xarici İşlər Nazirləri Şurasının Qərarı"nın imzalanması gözlənilir.