Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Bəlxinin rəhbərliyi ilə Əfqanıstan nümayəndə heyəti iyun ayında Avropa İttifaqı ilə ilk danışıqları üçün Brüsselə səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Euractiv" portalı adı çəkilməyən Aİ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşün Brüsseldə "neytral məkanda" keçirilməsi planlaşdırılır və Avropa Komissiyasının, Aİ Xarici Fəaliyyət Xidmətinin və milli hakimiyyət orqanlarının nümayəndələri də iştirak edəcək.