ABŞ Müdafiə Nazirliyi yaxın üç il ərzində 10 min ədəd aşağı büdcəli qanadlı raketin alınmasını planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, “Low-Cost Containerized Missiles” proqramı çərçivəsində istehsal olunacaq raketlərin hər birinin qiyməti bir neçə yüz min dollar təşkil edəcək.
Bildirilir ki, yeni raketlər ABŞ ordusunun silah arsenalını genişləndirmək və şaxələndirmək məqsədi daşıyır. Onlar hazırda silahlanmada olan “Tomahawk” raketlərini tamamlayacaq.