Tramp: ABŞ-Çin münasibətləri tarixin ən yaxşı dövrünə qədəm qoyacaq
Operativ Media
ABŞ-Çin münasibətlərinin tarixin ən yaxşı dövrünə qədəm qoyacağına ümid edirəm.
Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Pekindəki Xalq Yığıncaqları Sarayında Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqların əvvəlində deyib.
"Sizinlə bir arada olmaq mənim üçün şərəfdir. Sizin dostunuz olmaqdan qürur duyuram. Çin və ABŞ arasındakı münasibətlər əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyəyə çatacaq", – deyə o qeyd edib.
Amerika lideri həmçinin əlavə edib: "Bizi qarşıda möhtəşəm bir gələcək gözləyir".