Menyu

ABŞ Senatı İranla müharibənin dayandırılması ilə bağlı qətnaməni rədd edib

Operativ Media
ABŞ Senatı İranla müharibənin dayandırılması ilə bağlı qətnaməni rədd edib

ABŞ Konqresinin Senatı Amerika administrasiyasından İrana qarşı hərbi əməliyyatları dayandırmağı faktiki olaraq tələb edən qətnaməni yeddinci dəfə rədd edib. 

Operativ Media xəbər verir ki, qanunverici orqanın yuxarı palatasındakı səsvermə C-SPAN telekanalı vasitəsilə canlı yayımlanıb.

Sənədin lehinə 49, əleyhinə isə 50 səs verilib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. 

Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 

İran tərəfinin məlumatına görə, 40 günlük müharibə ərzində Amerika-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub. 

Aprelin 11-də Tehran və Vaşinqton nümayəndə heyətləri İslamabadda danışıqlar aparsa da, bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli məsələsində razılığa gələ bilməyiblər. 

Aprelin 21-də ABŞ prezidenti İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu bəyan edib.

İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəs müddətinin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.

Mayın 1-də Amerika administrasiyasının rəhbəri rəsmi olaraq ABŞ Konqresinin rəhbərliyinə Ağ evin İranla müharibəni başa çatmış hesab etdiyi barədə bildiriş göndərib. 

Əlaqəli Xəbərlər