Vens ABŞ və İran arasındakı danışıqlarda irəliləyiş olduğunu bəyan edib
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İranla aparılan danışıqlarda irəliləyişin olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində deyib.
"Bunlar çox həssas danışıqlardır. Mən sizə hər şeyi deyə bilmərəm, çünki biz məhsuldar müzakirə aparmağa çalışırıq", — deyə o, Tehranla məsləhətləşmələrin gedişi barədə sualı cavablandırarkən qeyd edib.
"Bu gün səhər mən ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, Amerika liderinin xüsusi elçisi Stiv Uitkoff, eləcə də ərəb dünyasındakı bir neçə dostumuzla telefonla uzunmüddətli danışıqlar apardım. Hesab edirəm ki, biz irəliləyişə nail oluruq", — deyə Vens bəyan edib.
Vitse-prezident əlavə edib ki, fundamental məsələ bu irəliləyişin prezidentin əsas tələbini ödəmək üçün kifayət edib-etməməsidir. Onun sözlərinə görə, qırmızı xətt sadədir —prezident İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair təminatların alınacağına əmin olmalıdır.