Menyu

Əraqçi: Küveyt Fars körfəzində iranlıları saxlayıb

Operativ Media
Əraqçi: Küveyt Fars körfəzində iranlıları saxlayıb

"Küveytin Fars körfəzində İran qayığına qanunsuz hücumu və dörd vətəndaşımızın həbs edilməsi açıq şəkildə nifaq salmaq məqsədi daşıyır".

Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında yazıb.

Nazirin sözlərinə görə, hadisə ABŞ-nin İrana qarşı zərbələr endirmək üçün istifadə etdiyi adanın yaxınlığında baş verib.

"Saxlanılan vətəndaşlarımızın dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edir, eyni zamanda bu hadisəyə adekvat cavab vermək hüququmuzu özümüzdə saxlayırıq", - deyə nazir paylaşımında qeyd edib.

Əlaqəli Xəbərlər