Menyu

Azərbaycan vətəndaşları da daxil olmaqla Gürcüstan 74 əcnəbini deportasiya edib

Şəfa Hüseynli
Azərbaycan vətəndaşları da daxil olmaqla Gürcüstan 74 əcnəbini deportasiya edib

Gürcüstanda son günlərdə görülən tədbirlər nəticəsində 74 xarici vətəndaş deportasiya edilib.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Azərbaycan, Türkmənistan, Ermənistan, Sudan, Uqanda, Özbəkistan və digər ölkələrin ümumilikdə 74 vətəndaşı ölkədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Əlaqəli Xəbərlər