Menyu

Türkiyə və Ermənistan birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıb

Şəfa Hüseynli
Türkiyə və Ermənistan birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıb

Ankara və İrəvan arasında birbaşa ticarətin başlanması üçün hazırlıqlar başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

 "2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi kontekstində qəbul edilmiş etimad quruculuğu tədbirlərinin bir hissəsi olaraq, ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə qədər başa çatıb. İki ölkə arasında ortaq sərhədin açılması üçün lazımi texniki və bürokratik işlər davam edir", - diplomat X-də yazıb.

O qeyd edib ki, artıq Türkiyədən üçüncü ölkəyə və oradan Ermənistana göndərilən malların mənşə və ya son təyinat nöqtəsi kimi ölkənin adını - Türkiyə və ya Ermənistanı göstərmək mümkündür. Bəyanatda deyilir: "Cənubi Qafqazda davamlı sülhün və rifahın möhkəmləndirilməsi üçün açılan tarixi fürsəti nəzərə alaraq, Türkiyə regionda iqtisadi əlaqələrin inkişafına və regionun bütün ölkələri və xalqlarının rifahı naminə əməkdaşlığın daha da dərinləşməsinə töhfə verməyə davam edəcək".

Əlaqəli Xəbərlər