Menyu

İran İsrail kəşfiyyatına işləməkdə ittiham olunan şəxsi edam edib

Şəfa Hüseynli
İran İsrail kəşfiyyatına işləməkdə ittiham olunan şəxsi edam edib

İsrail kəşfiyyat xidməti Mossad üçün işləmək ittihamı ilə həbs edilən Ehsan Afreşteh İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Operativ Media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Qeyd olunur ki, Afreşteh Nepalda Mossadın nəzarəti altında xüsusi təlim keçib və İsrail kəşfiyyatı ilə əməkdaşlığı zamanı üç dili - ingilis, fransız və ivrit dillərini mənimsəyib.

Müstəntiqlərin sözlərinə görə, iranlı İsrail kəşfiyyat xidmətində "Ceyms" ləqəbindən istifadə edib və elektron poçt və müxtəlif mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlayıb. O, ilk Mossad tapşırıqlarını internet taksi sürücüsü adı altında yerinə yetirib. 

Əlaqəli Xəbərlər