Menyu

Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən , əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıb. Ondan 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. 

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Poladaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər