Menyu

İran Hörmüz boğazındakı nəzarət zonasını genişləndirib

Şəfa Hüseynli
İran Hörmüz boğazındakı nəzarət zonasını genişləndirib

İran Silahlı Qüvvələri Hörmüz boğazında dəniz nəzarət zonasını genişləndirib.

Operativ Media xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandan müavini Məhəmməd Əkbərzadə bildirib.

Bildirilib ki, zolağın uzunluğu əvvəllər 20-30 mil idisə, indi 200-300 mili keçib. Vurğulanıb ki, zolağın uzunluğu Qeşm və Böyük Türbə adalarının arxasındakı ərazilərə qədər uzanıb.

"Əvvəllər Hörmüz boğazı Hörmüz və Henqam kimi adaların ətrafındakı məhdud ərazi kimi qəbul edilirdisə, bu gün bu yanaşma dəyişib. Yeni konsepsiyaya əsasən, Hörmüz boğazının sərhədləri əhəmiyyətli dərəcədə genişləndirilib", - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər