Menyu

DİN-nin nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib

Şəfa Hüseynli
DİN-nin nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib

Gürcüstan Daxili İşlər Nazirliyi Kaxeti bölgəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilib ki, iki ölkənin sərhəd bölgələrindən olan polis bölmələrinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Azərbaycan İstintaq İdarəsinin rəisi Müzəffər Məmmədov rəhbərlik edib. 

Səfər çərçivəsində Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin direktoru David Kiknadze Azərbaycanlı həmkarları ilə işgüzar görüş keçirib və sərhədyanı bölgələrin polis bölmələri arasında əməkdaşlıq məsələləri və prioritet sahələri müzakirə edilib. 

Tərəflər qonşu regionlar arasında hüquq-mühafizə sahəsində sıx əlaqələrin vacibliyini vurğuladılar və mövcud əlaqələrin genişləndirilməsi məqsədilə birgə işi fəal şəkildə davam etdirməyə hazır olduqlarını bildirdilər.

Görüşün sonunda tərəflər Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər.

Əlaqəli Xəbərlər