ABŞ Mərkəzi Komandanlığı Orta Asiya ölkələri ilə təlimlər keçirəcək
Şəfa Hüseynli
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyun ayında ABŞ-də təxminən 10 Mərkəzi və Cənubi Asiya ölkəsinin silahlı qüvvələrinin nümayəndələri ilə hərbi təlimlər keçirəcək.
Operativ Media xəbər verir ki, komandanlığın veb saytında deyilir: "Gələn ay Mərkəzi Komandanlıq Mərkəzi və Cənubi Asiya ölkələrindən olan beynəlxalq tərəfdaşların iştirakı ilə Regional Əməkdaşlıq 2026 təlimləri keçirəcək. Təxminən 10 ölkənin hərbi qulluqçuları ABŞ-də təlim keçəcəklər".
Mərkəzi Komandanlıq qeyd edib ki, təlimlərdə əsasən Mərkəzi və Cənubi Asiya ölkələrinin quru qoşunlarının və daxili qüvvələrinin nümayəndələri iştirak edəcək.