Menyu

Yaponiyanın "Nippon Maru" kruiz gəmisi 35 illik xidmətdən sonra təqaüdə çıxıb

Şəfa Hüseynli
Yaponiyanın "Nippon Maru" kruiz gəmisi 35 illik xidmətdən sonra təqaüdə çıxıb

Yaponiyanın "Nippon Maru" kruiz gəmisi Sakit Okean üzərindəki son səyahətindən sonra 35 illik xidmətini başa vuraraq Yokohama limanına qayıdıb .

Operativ Media xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, gəmi təxminən 600 min sərnişin daşıyıb və 2000-dən çox kruiz həyata keçirib.

Qeyd edilib ki, 1990-cı ildə istifadəyə verildikdən bəri, Nippon Maru 5,3 milyon kilometrdən çox məsafə qət edib ki, bu da Yer kürəsində təxminən 133 dövrəyə bərabərdir.




Əlaqəli Xəbərlər