Livan: İsrail ölkənin cənubunda 68 kəndə nəzarət edir
Operativ Media
İsrail ordusu hazırda Livanın cənubunda 68 kəndə nəzarət edir.
Operativ Media xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.
Nəvaf Salam qeyd edib ki, son müharibədən əvvəl İsrailin nəzarətində yalnız beş mövqe olub.
Onun sözlərinə görə, hazırda İsrail qüvvələri Litani çayının cənubunda yerləşən ərazilərin təxminən yarısını, o cümlədən 68 kəndi nəzarətdə saxlayır.
Livan hökuməti İsrailin ölkənin cənubunda həyata keçirdiyi hərbi əməliyyatları beynəlxalq hüququn və ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir.