İranda neyroçiplərin və beyin stimulyasiya sistemlərinin prototipləri yaradılır
Şəfa Hüseynli
İran beyin-kompüter interfeysləri (BCI), dərin beyin stimullaşdırma sistemləri və koqnitiv reabilitasiya texnologiyaları üçün prototip çiplər hazırlayır.
Operativ Media xəbər verir ki, bu barədə "Brics TV" məlumat yayıb.
Bildirilib ki, bu sahəni inkişaf etdirmək üçün ölkədə heyvan və insan modellərindən istifadə edən tədqiqat infrastrukturu yaradılıb. Nevroloji xəstəliklərin modelləşdirilməsi, eləcə də regenerativ tibb, o cümlədən zədələri müalicə etmək və idrak funksiyasını yaxşılaşdırmaq üçün beyin hüceyrələrinin və toxumalarının bərpası üzrə tədqiqatlar aparılır.
Məlumata görə, ölkə rəqəmsal səhiyyə və neyrotexnologiya sahəsində 48 yüksək texnologiyalı inkişaf etmiş dövlət tərəfindən elmi dəstək alıb. Həmçinin məhsullarının satışını sürətləndirmək üçün qrantlar, dövriyyə kapitalı və mentorluq dəstəyi alıb.