Ana səhifə / Dünya / Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb 11.05.2026, 08:09 Operativ Media ABŞ-nin Texas ştatının Laredo şəhərində yerləşən dəmiryolu stansiyasında "Union Pacific" yük qatarının içərisində 6 nəfərin meyiti aşkarlanıb. Operativ Media xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti məlumat yayıb. Bildirilib ki, ölən şəxslərin kimliyi və ölüm səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.