Ana səhifə / Dünya / Latviyanın müdafiə naziri istefa verib Latviyanın müdafiə naziri istefa verib 10.05.2026, 22:12 Operativ Media Latviyanın müdafiə naziri Andris Spruds vəzifəsindən istefa verib. Operativ Media xəbər verir ki, bunu Latviyanın Baş naziri Evika Silinya açıqlayıb. Qərar ölkə ərazisinə dronların düşməsi ilə bağlı insidentlərdən sonra qəbul olunub. Baş nazir bildirib ki, Andris Spruds həm onun, həm də cəmiyyətin etimadını itirib.Buna görə də onun istefası tələb olunub. Baş nazir qeyd edib ki, son dron insidenti ölkənin hava məkanının təhlükəsizliyi ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini göstərib.