Ana səhifə / Dünya / Suriyada mikroavtobus partladılıb Suriyada mikroavtobus partladılıb 10.05.2026, 20:45 Operativ Media Suriya paytaxtında partlayış olub. Operativ Media xəbər verir ki, nəticədə beş nəfər yaralanıb. Əl-Vurud məhəlləsində mikroavtobusun partladıldığı bildirilir. Nəqliyyat vasitəsinin içərisində sürücü və ya sərnişin olmayıb, lakin yaxınlıqdakı insanlar yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilir. Hadisənin səbəbi hələlik məlum deyil.