Menyu

İran Xarq adası yaxınlığında neft sızması barədə məlumatları təkzib edib

Operativ Media
İran Xarq adası yaxınlığında neft sızması barədə məlumatları təkzib edib

İranın Neft Terminalları Şirkəti Xarq adası yaxınlığında neft sızması ilə bağlı yayılan məlumatları təkzib edib.

Operativ Media xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Bildirilib ki, ötən həftə yayılan peyk görüntülərində İranın Fars körfəzində yerləşən əsas neft ixrac mərkəzinin qərb hissəsində böyük neft ləkəsinə bənzər görüntülər müşahidə olunmuşdu.

Şirkətin icraçı direktoru bildirib ki, aparılan yoxlamalar zamanı adanın yaxınlığında fəaliyyət göstərən neft anbarları, boru xətləri, yükləmə terminalları və tankerlərdə hər hansı sızma faktı aşkarlanmayıb.

Onun sözlərinə görə, regional dəniz çirklənməsi üzrə fəaliyyət göstərən Dəniz Fövqəladə Hallara Qarşı Qarşılıqlı Yardım Mərkəzi (MEMAC) də ərazidə neft sızmasına dair heç bir əlamət qeydə almayıb.

Əlaqəli Xəbərlər