Ana səhifə / Siyasət / Peskov: Rusiya Ermənistandan izahat istəyir Peskov: Rusiya Ermənistandan izahat istəyir 10.05.2026, 15:57 Operativ Media Moskva Ermənistanın Vladimir Zelenskinin anti-Rusiya bəyanatları səsləndirməsi üçün platforma təqdim etməsini normal hesab etmir. Operativ Media xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, İrəvanda bu cür çıxışlara şərait yaradılması Rusiya ilə Ermənistan arasındakı münasibətlərin ruhuna uyğun gəlmir. Peskov əlavə edib ki, Moskva bu məsələ ilə bağlı Ermənistandan izahat gözləyir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan istənilən tədbiri, o cümlədən Avropa İttifaqı ilə sammit keçirmək hüququna malikdir.
10.05.2026, 18:13 Azərbaycan Ordusunda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edilib