Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzanini və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, İstanbulda keçirilən qəbulda Türkiyə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Baş İdarəsinin rəisi İbrahim Kalın da iştirak edib.