Gürcüstanda 45 qanunsuz miqrant saxlanılıb
Şəfa Hüseynli
Gürcüstan hüquq-mühafizə orqanları qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 45 xarici vətəndaşı saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həbs olunanlar arasında Keniya, Türkmənistan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Tayland, Uqanda, Hindistan, Banqladeş, Tanzaniya, Efiopiya, Nigeriya və Sudan vətəndaşları var.
Nazirlik açıqlamasında bildirib ki, xüsusi immiqrasiya reydləri zamanı müxtəlif ərazilər və obyektlər yoxlanılıb və ölkədə qanuni əsas olmadan yaşayan əcnəbilər müəyyən edilib. Həbs olunanlar deportasiya olunacaq.