Menyu

SAHA 2026-da "BARAN" anti-drone sistemi təqdim edilib

Şəfa Hüseynli
SAHA 2026-da "BARAN" anti-drone sistemi təqdim edilib

HAN sistem şirkətinin patentləşdirilmiş "BARAN" döyüş anti-dron sistemi və yeni nəsil pilotsuz silah platformaları SAHA 2026-da təqdim edilib.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Sərgidə pilotsuz sistemlər, anti-dron həlləri və yaxın hava dəstəyinə yönəlmiş müdafiə sənayesi şirkəti olan HAN Sistem, strateji məhsulları ilə diqqət çəkib.

Bildirilib ki, "BARAN" yaxın döyüş dron əleyhinə sistemi əməliyyatlar üçün hazırlanmış 6 lüləli sistemdir. Elektrik hərəkətli sistem dəqiqədə 1000 mərmi tutumuna malik silah, radar və süni intellektlə dəstəklənən hədəf aşkarlama sistemi ilə 100-200 metr arasında təsirli bir mənzil təklif edir.

Yaxın hava dəstəyi əməliyyatları üçün nəzərdə tutulmuş "KARAHAN ' hava-yer silah kapsul sistemi həm insan dəstəyi ilə, həm də pilotsuz platformalara uyğunlaşdırıla bilər. "CKR-503 Gatling" tipli silahla inteqrasiya olunmuş sistem 400 patron tutumuna malikdir.

Çətin ərazilər üçün nəzərdə tutulmuş "KANGAL 4x4" muxtar taktiki quru nəqliyyat vasitəsi 500 kilometr məsafə qət edə və 300 kiloqram yük daşıya bilir, pilotsuz uçuş aparatları və yerüstü nəqliyyat vasitələrinin əməliyyatları ilə uyğun gəlir.



Əlaqəli Xəbərlər