Menyu

İsrail ordusu Livana zərbələr endirib

Operativ Media
İsrail ordusu Livana zərbələr endirib

İsrail ordusu Livanda bir neçə bölgəyə zərbə endirib, 3 nəfər ölüb.

Operativ Media xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Burc Rahal və Abbasiyyə bölgələrini birləşdirən yolda bir maşını hədəf alıb.

Bundan başqa İsrail ordusu Livanın Nəbatiyə, Kafra, Haris və Mənsuri bölgələrinə də zərbə endirib.

Qeyd edək ki, İsrailin Livana aviazərbələri nəticəsində indiyə qədər 2700-dən çox insan ölüb.

Əlaqəli Xəbərlər