ABŞ dövlət katibi Marko Rubio Romaya səfəri çərçivəsində İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rubio iki günlük səfərlə İtaliyadadır. Onun səfərinin məqsədi Trampın son zamanlar dəfələrlə tənqid etdiyi Papa Leo XIV ilə münasibətləri yaxşılaşdırmaqdır.