Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin 9 may-Qələbə günü ilə bağlı MDB liderlərinə təbrik məktubu ünvanlayıb.
"Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya, eləcə də Gürcüstan və Moldova liderlərini təbrik edib", - məlumatda qeyd olub.