Menyu

Paytaxtda avtobusda cibgirlik edən şəxs saxlanılıb

Operativ Media
Paytaxtda avtobusda cibgirlik edən şəxs saxlanılıb

Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatdan istifadə etdiyi zaman cibində olan mobil telefonunun oğurlandığını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən 48 yaşlı Adil Hüseynov müəyyən olunaraq saxlanılıb. Həmçinin ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər