Menyu

14 insan alverçisi azadlıqdan məhrum edilib

Operativ Media
14 insan alverçisi azadlıqdan məhrum edilib

2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (2-i keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Operativ Media xəbər verir ki, sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, məhkumlardan 4-ü kişi, 10-u qadındır.

2025-ci ildə insan alveri, seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 insan alverçisi tutulub.

Əlaqəli Xəbərlər