Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
Operativ Media
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov bu ölkənin Soqd vilayətinin rəhbəri Rəcəbboy Əhmədzoda və Xücənd şəhərinin meri Firdavs Şərifzoda ilə görüşüb.
Operativ Media xəbər verir ki, Ə. Əsgərov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Soqd vilayətinin rəhbəri Rəcəbboy Əhmədzoda və Xücənd şəhərinin meri Firdavs Şərifzoda ilə görüşdən məmnun oldum", - o qeyd edib və bildirib ki, ikitərəfli münasibətlərin inkişafının cari vəziyyəti və perspektivlərini müzakirə olunub:
"Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ətrafında fikir mübadiləsi aparılıb