Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən vəzifəli şəxs Nəsirov Cavid Aydın oğluna məxsus ərzaq mağazasında plandankənar yoxlama keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı mağazada 45 fərqli adda son istifadə müddəti bitmiş, ümumi çəkisi 38,822 kq olan müxtəlif əmtəə nişanlı quru qida məhsulları və 46,14 litr müxtəlif əmtəə nişanlı alkoqolsuz içkilər aşkarlanıb. Sözügedən məhsullar satışdan kənarlaşdırılıb, eyni zamanda istifadə müddəti bitmiş və normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib.