Menyu

Antisanitar şəraitə görə “Dehli” ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb

Operativ Media
Antisanitar şəraitə görə “Dehli” ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 9, zirzəmi ünvanında fəaliyyət “Saeed And Co” MMC-yə məxsus “Dehli” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı aşkarlanıb. Həmçinin mətbəx sahəsində və avadanlıqlarda mütəmadi olaraq təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, mətbəx sahəsinin döşəmə və tavan hissəsində tamlığın pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər